Pentaqon Ukraynaya daha bir böyük hərbi yardım paketini açıqladı

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,175 milyard dollar məbləğində hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Metbuat.az “Reuters”ə istinadən xəbər verir ki, bu çərçivədə Kiyev iki “Hawk” hava hücumundan müdafiə sistemi, həmçinin yüksəkdəqiqlikli idarə olunan raketlər əldə edəcək.

“Ukrayna üçün yardım paketinə vacib hava hücumundan müdafiə vasitələri, adi və uzaqmənzilli raketlər daxildir”, - Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR