"Bu hərəkətim böyük səs-küyə səbəb olacaq" -

Xalq artisti Nisə Qasımova instaqramda qalmaqallı paylaşımı ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, o, ad çəkmədən bəzi şəxslərə söz atıb.

“Demək istədiyim bəzi fikirləri sizinlə bölüşmək istəyirəm. Demək istəyirəm ki, üzümə gülüb arxamca danışanları və bəzi saytlarda, sosial şəbəkələrdə sifarişlə yazılanların mənbələrini gözəl bilirəm. Mən onların hamısına tək-tək cavab verə bilərəm. Hələ ki, həya edirəm. Vay o gündən ki, üzümdən həya pərdəsini götürüb, onların hər birinə cavab verim. Bilirəm ki, bu hərəkətim böyük səs-küyə səbəb olacaq. Mən özümü o insanlara tay tutmaq istəmirəm. Allah böyükdür, o, hər şeyi biləndir. Bütün instaqram dostlarıma təşəkkür edirəm. Yaxşı ki, varımsız”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR