Yuxarı Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Ötən gün Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 20 km aralıda) aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR