Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər

Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Azərbaycan Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, beş gün davam edəcək yarışda milli komanda da mübarizə aparacaq.

Yığma Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.

Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq. Bu gün Macarıstana yollanan komanda fevralın 12-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışda 26 ölkədən 352 (227 kişi, 125 qadın) boksçunun iştirakı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR