Sinoptiklər Türkiyədə zəlzələnin baş verdiyi ərazilərə qar və yağış yağacağını proqnozlaşdırırlar.

Metbuat.az xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb. Ekspertlərin fikrincə, bu, təbii fəlakətdən sonra aparılan axtarış-xilasetmə işlərini xeyli çətinləşdirəcək.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib.Nəticədə 3381 nəfər ölüb, 20426 nəfər yaralanıb. Prezident Rəcəb Tayyib Ərdoğan bunun 1939-cu ildən sonra Türkiyə ərazisində baş verən ən güclü zəlzələ olduğunu bildirib.