Türkiyə komandası avrokubok oyununun təxirə salınmasını istəmədi

Türkiyənin "Qaziantep" basketbol komandası Avropa Kuboku oyununun təxirə salınmasını istəməyib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi tviter hesabı məlumat yayıb.

Qurum daha əvvəl ölkədəki zəlzələ ilə əlaqədar Türkiyə təmsilçilərinin matçlarının təxirə salındığını açıqlamışdı.

Qeyd edək ki, "Qaziantep" K qrupunun VI turunda fevralın 8-də Almaniyada "Crailsheim Merlins"in qonağı olacaq. Komanda beş görüşdən sonra 10 xalla liderdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR