Ermənistanda qadınlar 2023-cü ilin nöcbəti qış çağırışından hərbi xidmətə gedə biləcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında müdafiə naziri Suren Papikyan bildirib.

Nazir xatırladıb ki, qadınların 6 ay müddətinə könüllü hərbi xidmət keçməsi layihəsi artıq müzakirə mərhələsindədir. "Hər şeyi edəcəyik ki, növbəti qış çağırışında qadınlar da hərbi xidmətə gedə bilsinlər. Hər şey işimizin sürətindən asılıdır", - Papikyan bildirib.