Türkiyənin “Show TV” telekanalının aparıcısı Dilara Gönder istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə o, tviter hesabında məlumat yayıb.

Qeyd edək ki, aparıcı zəlzələ nəticəsində dağılan binaların tikintisi ilə bağlı səlahiyyətli şəxsləri kəskin tənqid etmişdi.