Türkiyədə növbəti dəfə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında qeyd edilib.

Zəlzələ Malatya vilayətinin Yeşilyurt rayonunda, saat 07:50 radələrində qeydə alınıb. Rixter şkalası ilə 5 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10.5 kilometr dərinliyində yerləşib.

Həmçinin qeyd edilib ki, Kahramanmaraşda fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələdən sonra indiyədək 1330 zəlzələ baş verib.