Azərbaycandan təyyarə ilə yola salınan növbəti humanitar yardım Türkiyəyə çatıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Bu barədə Metbuat.az-a FHN-dən bildirilib.

Belə ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Prezidentin tapşırığına əsasən, FHN tərəfindən indiyədək 9 təyyarə və 30 yük maşını Türkiyəyə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR