TRT canlı yayımı qəfil kəsdi -

TRT-nin canlı yayımında müxbirin çıxışı qəfil kəsilib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb vətəndaşlardan birinin etirazı olub.

Belə ki, Kahramanmaraşdan son xəbərləri çatdıran müxbir Fuad Kozluklu canlı yayımda olarkən bir vətəndaş kameranın önünə keçib. "Salam, soruşun, onları (dağıntılar altında qalanları - red) iki gün ərzində - 50 saat burada tək buraxdıqlarından razıdırlarmı?", - deyə vətəndaşlardan biri etiraz edib. Bu anda isə canlı yayım kəsilib.

Qeyd edək ki, Türkiyədə vətəndaşlar dağıntılar altında qalan insanlara edilən köməyin gecikməsinə etiraz ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən Adıyamanda çıxışı zamanı qeyd etmişdi ki, axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir", - deyə Ərdoğan qeyd etmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR