Zelenskini təhdid edən "Putinin aşpazı"nın təyyarəsi

"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) başçısı Yevgeni Priqojının təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

Metbuat.az xəbər verir ki, Donetks vilayətinin Baxmut rayonunda baş verən olay Yevgeni Priqojın digər pilotla birgə hava əməliyyatı keçirərkən baş verib.

Dəstə başçısının mətbuat xidməti də məlumatı təsdiq edərək bildirib ki, hazırda vurulan təyyarədə təmir işləri aparılır.

Xatırladaq ki, daha öncə "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Ukrayna Prezidenti Volodimir Zelenskiyə videomüraciət edib. O, videoyazıda Ukrayna liderini "hava duelinə" çağıraraq dövlət başçısını təhdid etmişdi.

"Vaqner" ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda "Putinin aşpazı" kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR