Xəbər verdiyimiz kimi, Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib.
Metbuat.az xəbər verir ki, Şiştəpə kəndində iki avtomobilin toqquşması nəticəsində Nağıyeva Təranə Bədir qızı (1971) vəfat edib.
Daha 6 nəfər - Nağıyeva Nəzrin Vüqar qızı (2005), Nağıyeva Nəsibə Vaqif qızı (1975), Rəfiyev Mayis (1989) və Əfqanıstan vətəndaşları - Abdulvahab Əlavi (1980), Mühəmməd Mehdi Əhmdi (1984) və Səyad Nazari (1998) xəsarət alıblar.
Məlum olub ki, qəzada həlak olan Təranə Nağıyeva Şiştəpə kənd Qalıb Allahverdiyev adına tam orta məktəbin müəllimi imiş.
