Yeni dəhşətli virus yayılır: ÜST nəzarətə götürdü -

Ekvatorial Qvineyada Marburq virusunun yayılması nəticəsində 10 nəfər dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, "Reuters"in açıqlamasına görə virus insanlara meyvəyeyən yarasalardan keçir. Bu virus üçün peyvəndlər və antiviral dərmanlar hələ mövcud deyil.

ÜST-ün Afrika üzrə regional direktoru Matsidiso Moeiti deyib ki, Marburq virusunu nəzarət altında almaq üçün fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Marburq virusu Ebolaya səbəb olan eyni virus ailəsinə aiddir. İnfeksiyadan sonra insanın temperaturu kəskin şəkildə yüksəlir və baş ağrıları başlayır. 88 faiz ölümcül olan Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq və Frankfurt şəhərlərində və Serbiyanın Belqrad şəhərində eyni vaxtda baş verən epidemiyalardan sonra aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR