Bu yaz "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edir.
AZAL-ın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, cədvəldə həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri Bakıdan Parisə və əks istiqamətdə uçuşlar nəzərdə tutulub. İlk uçuş mayın 9-u həyata keçiriləcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz.
Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.