Tacikistanda qar uçqunu nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar Komitəsi məlumat yayıb. Bildirilir ki, ölkənin dağlıq bölgələrində baş verən qar uçqunları nəticəsində ölənlərin sayı daha da arta bilər. Məlumata görə, ən çox tələfat Dağlı Bədəhşan Muxtar Vilayətində qeydə alınıb. Son günlər 100-ə yaxın qar uçqunu hadisəsinin baş verdiyi və təhlükənin hələ də davam etdiyi bildirilib. Axtarış-xilasetmə qrupları fəlakət bölgəsində işlərini davam etdirir.