Əcnəbilər Azərbaycanda əsasən bu sahələrdə çalışıb

2022-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7926 nəfər olub.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən xəbər verilib.

    Qeyd olunub ki, onlardan 50,6 faizi tikintidə, 12,3 faizi mədənçıxarma sənayesində, 6,4 faizi emal sənayesində, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,2 faizi təhsil, 3,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri və 18,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR