Möhtəşəm üçlü dağılır: "Çelsi"dən transfer bombası

Neymar PSJ-dən ayrılmağa hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, “Çelsi” rəhbəri Todd Boehly Neymarın transferini müzakirə etmək üçün Parisdə PSJ rəhbəri Nasser al Xelaifi ilə görüşüb. İddialara görə, PSJ rəhbərliyi Neymarı əvvəlki kimi önəmli futbolçu hesab etmir. İddia edilir ki, Mbappe də Neymar klubdan ayrılmasını tələb edir. Bildirilir ki, Neymar transferində əsas çətinlik onun məvacibidir. Neymar PSJ-də illik 30 milyon avro qazanır.

Qeyd edək ki, yerli mənbələr yazır ki, PSJ-nin Neymarı istəməməsinin səbəbi onun meydandakı performansı ilə əlaqəli deyil. Mbappe ilə münasibətdən əlavə PSJ rəhbərliyi 31 yaşlı Neymarı tez sataraq onun satışından gəlir əldə etmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR