"Fənərbaxça" oyunu öncəsi Mahirə üzücü xəbər:

Azərbaycan millisinin "Konyaspor"a transfer olunan futbolçusu Mahir Emreli "Fənərbaxça" ilə təxirə salınan oyunda iştirak edə bilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Ntvspor məlumat yayıb. Bildirilir ki, Türkiyə Futbol Federasiyasının 2017-ci ildə dərc etdiyi Futbol Yarışması Təlimatının 18-ci maddəsi belə deməyə əsas verir. Məlumata görə, 18-ci maddədə deyilir ki, təxirə salınmış matçlarda yalnız təxirə salınmış oyunun keçirilməli olduğu tarixdə klublarda qeydiyyatdan keçmiş oyunçular iştirak edə bilər.

Qeyd edək ki, fevralın 6-da keçirilməli olan "Fənərbaxça"- "Konyaspor" oyunu zəlzələyə görə təxirə salınmışdı. Mahir Emreli isə türk klubuna fevralın 14-də transfer olub. Oyunun fevralın 23-də keçirilməsi nəzərdə tutulub. "Konyaspor" Mahir Emrelini bu mövsümün sonunadək "Dinamo"dan (Zaqreb) icarəyə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR