Nazirə sui-qəsd təşkil edən şəxslərdən biri həbs edildi -

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana sui-qəsddə şübhəli bilinən şəxslərdən biri 2 aylıq həbs edilib.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, söhbət 2020-ci ilin noyabrında İrəvan, Bakı və Moskva arasında üçtərəfli bəyanatın imzalandığı gecə o zaman parlamentin sədri olan Ararat Mirzoyana hücumda iştirak edən vətəndaş T.A.-dan gedir.

Xatırladaq ki, 2020-ci ilin 10 noyabr gecəsində İrəvanda qəzəbli kütlə hökumət binasına daxil olmuş, dağıntılar törətmişdi. Ermənistan baş naziri Nikol Paşinyanı axtaran etirazçılar Mirzoyana rast gəlmiş və onu ölümcül şəkildə döymüşdülər. Buna görə o, bir neçə ay müalicə almalı olmuşdu.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR