Daha iki ölkə

Qazaxıstanda və Tacikistanda zəlzələ olub.

Metbuat.az xəbər verir ki, Qazaxıstan Milli Seysmoloji Müşahidələr və Tədqiqatlar Mərkəzinin məlumatına görə, sözügedən ölkədə 4,1 bal gücündə zəlzələ baş verib.

Bundan əlavə , Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ olub. Çinin Seysmologiya Mərkəzi məlumat yayıb ki, Çin vaxtı ilə səhər saat 8:37-də qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR