​Pul üstündə dava -

Qadın mübahisə zamanı sevgilisini bıçaqlayıb

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, hadisə Xırdalanda qeydə alınıb. Belə ki, gecə saatlarında "Bakı gecələri" kafesinin qarşısında qadın və kişi arasında pul üstündə mübahisə düşüb. Həmin zaman qadın sevgilisini ürəyindən bıçaqlayıb.

Baxşıyevə soyadlı qadın saxlanılıb, yaralanan Babayev isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa zərər vurma maddəsi ilə iş başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR