Erməni işğalından azad olunan Füzuli şəhərində Özbəkistanın maliyyə dəstəyi ilə tikilən müasir məktəb binası yeni tədris ilində istifadəyə veriləcək.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan regionlararası forumunda deyib.

O qeyd edib ki, bu təhsil ocağı Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.


Özbəkistanın maliyyə dəstəyi ilə Füzulidə tikilən məktəb bu il istifadəyə veriləcək