"Mançester Yunayted" Ronaldoya medal verə bilər

İngiltərə liqa kubokunun qalibi olan "Mançester Yunayted" komandanın sabiq futbolçusu Kriştiano Ronaldoya da medal verə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat yayıb. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı hücumçu bu mövsümə "Mançester Yunayted"də başlayıb.

İngiltərə liqa kubokunun qaydalarına əsasən, qalib komanda 30 medal alır ki, bu da klubun oyunçularına verilir. “Mançester Yunayted” turnir zamanı 27 futbolçudan istifadə edib. Ötən ilin noyabrında klubdan ayrılan Ronaldo isə onların arasında olmayıb. Qalan üç medalın taleyini klub özü həll edəcək.

Beləliklə, Ronaldo turnirin qalibi olduğu üçün medal ala bilər. Lakin heç bir oyuna çıxmadığı üçün kubokun sahibi sayılmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR