Ərdoğan zəlzələ bölgəsinə getdi -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək məqsədilə Adıyamana səfər edib.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, Ərdoğan bəzi açıqlamalar verib. O qeyd edib ki, 62 mindən çox zəlzələdən sonra bölgədən təxliyə edilib:

"Təəssüf ki, zəlzələlərin dağıdıcı təsiri, əlverişsiz hava şəraiti və zədələnmiş infrastrukturun gətirdiyi çətinliklər səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz fəaliyyəti həyata keçirə bilmədik. Bunun üçün sizdən halallıq istəyirəm", - deyə Ərdoğan bildirib.

Prezident həmçinin zəlzələdən zərərçəkənlərə yardımların ediləcəyini vurğulayıb.

Qeyd edək ki, fevralın 6-da baş verən zəlzələrdən sonra Türkiyədə ümumilikdə 44 min 374 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR