İki Afrika ölkəsi müharibə astanasında -

Konqo Demokratik Respublikasının strateji əhəmiyyət daşıyan mədən şəhəri Rubaya üsyançı “23 Mart Hərəkatı” qruplaşmasının nəzarətinə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, ölkənin şərqində bir çox yaşayış məntəqəsini nəzarətə götürən üsyançılar Rubaya şəhərinə daxil olduqdan sonra təhlükəsizlik qüvvələri bölgəni tərk etməli olublar.

Bundan əlavə üsyançılar Muşaki şəhərini də ələ keçiriblər. Qeyd edək ki, üsyançıların yeni hücumları Konqo Demokratik Respublikası və Ruanda arasında da gərginliyə səbəb olub. Konqo Demokratik Respublikası Ruandanı üsynaçılara dəstək verərək, minerallarla zəngin əraziləri öz nəzarəti altına keçirməyə cəhd etməkdə ittiham edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR