Zəngəzur dəhlizinin son görüntüləri -

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

Metbuat.az AAYDA-ya istinadən xəbər verir ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 73% icra olunub.

Texniki göstəricilər:

- Yolun ümumi uzunluğu - 123,6 km

- Yolun texniki dərəcəsi - 1B

- Hərəkət hissəsinin eni - 14-21 m

- Hərəkət zolaqların sayı - 4-6

- Torpaq yatağının eni - 21,5 - 29,5 m

- Boruların sayı - 265 ədəd (16 818 m)

- Düzbucaqlı borular - 41 ədəd (2 737 m)

- Alt keçidlər - 55 ədəd (3 850 m)

- Körpülər - 27 ədəd (1 900 m) (15 ədəd su ötürücü körpü,12 ədəd yol ötürücü körpü)

- Qovşaqlar - 7 ədəd (252 m)

- Tunellər - 3 ədəd (12 026 m)

- İstinad divarı - 1500 m (D/beton - 500 m, daş - 1000 m)

- Asfalt işləri - 950 000 m3

Yolun konstruksiyası:

- Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı 23 sm

- Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) - 20 sm

- Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) - 20 sm

- Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) - 16 sm

- Yol geyiminin alt qatı (binder, iridənəli a/b) - 7 sm

- Yol geyiminin üst qatı (xırda dənəli a/b) - 5 sm

İcra olunub:

- Torpaq yatağı - 70,19 km,

- Hamarlayıcı layı – 47,79 km,

- Əsasın alt layı (subbase) sol tərəfdə - 40,43 km və sağ tərəfdə - 34,59 km,

- Əsasın üst layı (base) sol tərəfdə - 40,15 km və sağ tərəfdə - 31,43 km,

- Bitumlu təməl layı sol tərəfdə - 35,77 km və sağ tərəfdə - 26,31 km,

- Binder layı - 8,08 km.

• Dairəvi borular - 202 ədəd tikilib, 32-də işlər davam edir.

• Düzbucaqlı borular - 26 ədəd tikilib, 4-də işlər davam edir.

• Alt keçidlər - 44 ədəd tikilib, 2 -də işlər davam edir.

• Körpülər və qovşaqlar - 12 körpü tikilib, 12 körpüdə tikinti işləri davam edir.

• Tunellər:

- T1 tuneli (sol 1007,55 m, sağ tunel 1033,2 m). Tuneldə qazma, püskürtmə beton işləri və kəmər betonu (40 sm) tamamlanıb.

- T2 tuneli (sol 1807.9 m, sağ 1836.6 m). Sağ və sol tuneldə qazma və püskürtmə beton işləri tamamlanıb.Sağ tunelin 535,59 m kəmər betonu (40 sm) işləri tamamlanmışdır.Sol tunelin 680 m kəmər betonu (40 sm) işləri tamamlanıb.

- T3 tuneli (sol 3173,6 m, sağ 3167,65 m). Sol tuneldə qazma, püskürtmə beton işləri tamamlanıb.Sağ tuneldə 3000 metr məsafədə qazma, püskürtmə beton işləri tamamlanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR