VAR hakimləri çaşbaş qaldı -

Türkiyə 2-ci liqasının təxirə salınmış “Eyüpspor”-“Bodrumspor” qarşılaşmasında maraqlı hadisə baş verib.

Metbuat.az xəbər verir ki, oyunun 89-cu dəqiqəsində hesab 1-0 “Eyüpspor”un xeyrinə olarkən meydan sahibləri daha bir qol vurub. Lakin oyunun hakimi qolun qaydalar çərçivəsində vurulmadığını əsas gətirərək ləğv edib. Bundan sonra VAR hakimləri əsas hakimin səhv qərar verdiyini hesab edərək, onu epizodu izləməyə dəvət ediblər. Hakim epizodu izləyəndən sonra qolu qeydə qalıb.

Rəqib oyunçular topu mərkəzdən oyuna daxil etməyə hazırlaşarkən VAR, hakimi yenidən epizoda baxmağa dəvət edib. Məlum olub ki, VAR hakimləri ilk qərarlarının səhv olduğunu başa düşüblər. Əsas hakim epizodu təkrar izləyəndən sonra qolu yenidən ləğv edib. Oyun 1-0 hesabı ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR