Tanınmış mütəxəssis Mahir Emrelinin baş məşqçisi ola bilər

Türkiyənin “Konyaspor” klubu baş məşqçi postuna keçmiş futbolçu Sergen Yalçını gətirə bilər.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi hazırki məşqçi Aleksandar Stanoyeviçin işindən narazıdır. Onun rəhbərliyi altında komanda beş oyunun hamısında məğlubiyyətlə üzləşib. “Konyaspor” rəhbərliyinin Sergen Yalçınla danışıqlara başladığı irəli sürülür. Qeyd edək ki, Sergen Yalçın son olaraq “Beşiktaş”ı çalışdırıb və komandaya çempionluq qazandırıb. O, daha əvvəl 2017/18 mövsümündə qısa müddət “Konyaspor”u çalışdırıb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvü Mahir Emreli bu qış icarə əsasında Zaqreb “Dinamo”sundan Konya klubuna keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR