Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın başına iş gəlib.
Metbuat.az xəbər verir ki, ifaçı yaralanıb və qaşına 7 tikiş qoyulub. "Yaralandım... Allah qorudu. Veriləcək sədəqəm var imiş. Gözümü itirə bilərdim, daha ağır nəticə ola bilərdi. Bu günə şükür" deyən Günel hansı səbəbdən yaralandığını bildirməyib.
O qeyd edib ki, bu səbəbdən martın 3-nə planlaşdırılan konserti ayın 17-nə keçirilib.

