Bakıda hərəkətdə olan sərnişin avtobusu qəfil yandı -

Bakıda sərnişin avtobusu yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan İVECO OTOYOL markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanmışdır. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalmışdır. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmişlər. Yanğın qısa müddət ərzində söndürülmüşdür. Qeyd olunan yolda hərəkət tam bərpa edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR