Çempionlar Liqası: 1/4 finalın ilk iştirakçıları bəlli oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

Metbuat.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

"Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edib. Qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:1. İlk görüşdə də qalib gələn Lissabon təmsilçisi növbəti mərhələyə adlayıb.

Gecənin prinsipial oyunu İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında olub. "Zadəganlar" ilk qarşılaşmadakı minimal hesablı məğlubiyyətin (0:1) əvəzini artıqlaması ilə çıxıblar. Rəqibini 2:0 hesabı ilə məğlub edən London klubu adını 1/4 finala yazdırıb.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 mart

00:00. "Çelsi" (İngiltərə) - "Borussiya" Dortmund (Almaniya) - 2:0
Qollar: Rahim Sterlinq, 43. Kay Haverts, 53 (penalti)
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika) - 5:1
Qollar: Rafa Silva, 38. Qonsalu Ramuş, 45+2; 57, Joau Mariu, 71 (penalti). David Neres, 77 - Byörn Meyer, 87
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR