Hacı Nurandan Afaqla bağlı paylaşım:

Xəbər verdiyimiz kimi, aparıcı Afaq Gəncəli səhhətində problem yarandığının bildirərək Xəzər Tv-də yayımlanan "Səhər mərkəzi" verilişindən ayrılıb.

Metbuat.az xəbər verir ki, Hacı Nuran Hüseynov instaqram səhifəsində tanınmış aparıcı ilə bağlı paylaşım edib: "Ürəyində böyük bir dərdi var onun, amma bunu içində çəkib həmişə. Dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub Afaq. Göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib”, – deyə Hüseynov yazıb.

O, hamıdan A. Gəncəli üçün dua etməyi xahiş edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR