İlk oyununda qol vurdu: “Qalatasaray”ı 1,5 milyon “ziyana saldı”

“Qalatasaray”da ilk rəsmi oyununa “Kasımpaş”a qarşısında çıxan Nikolo Zaniolonun müqaviləsindəki xüsusi bənd aktivləşib.

Metbuat.az xəbər verir ki, futbolçu ilk rəsmi oyununda qol vurduğuna görə, “Qalatasaray” “Roma”ya 1,5 milyon avro bonus ödəyəcək.

Qeyd edək ki, “Qalatasaray” “Kasımpaş”a oyunu 1-0 hesabı ilə başa çatmışdı.

“Qalatasaray” Nikolo Zaniolo üçün “Roma”ya 15 milyon avro ödəyəcək. Bu ödəniş 5 dəfəyə ödənilənəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR