Bakı-Ağstafa marşrutu üzrə qatar reyslərinin sayı artırıldı

"Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir.

Metbuat.az-a Qurumdan verilən məlumata görə, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzil başına saat 13:20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR