“Qalatasaray”a sürpriz məşqçi

“Qalatasaray” Xuan Mataya məşqçilik təklif edib.

Metbuat.az Ntvpsor-a istinadən xəbər verir ki, rəhbərlik klubla müqaviləsi bu mövsümün sonunda başa çatacaq Mata ilə əməkdaşlığıa davam etdirmək istəyir. İstanbul klubunun baş məşqçisi Okan Buruk 34 yaşlı futbolçunu öz məşqçilər heyətində görmək istəyir. Okan Buruk Matanın komanda üzərində pozitiv təsirini, xüsusən legioner futbolçuların ona olan hörmətini yüksək dəyərləndirir.

Bu səbəbdən Buruk Mataya məşqçi kimi qalmağı təklif edib. Matanın təklifə necə cavab verdiyi açıqlanmayıb.

Qeyd edək ki, Xuan Mata karyerası ərzində yığma komandada dünya və Avropa çempionluqlarını əldə edib. Mata klub karyerasında isə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərin qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR