Müdafiə Nazirliyi sürücü axtarır -

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul prosesi davam edir.

Müdafiə Nazirliyinindən Metbuat.az-a verilən məlumata görə, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il mart ayının 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Qəbul qaydaları barədə bu linkə (//mod.gov.az/az/news/mudafie-nazirliyi-surucu-ixtisasi-uzre-kursa-qebul-elan-edir-46948.html) keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR