Azərbaycanda müəlllim qəzada həlak oldu -

Yardımlı rayon N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbin müəllimi Nahid İmanov qəzada həlak olub.

Metbuat.az xəbər verir ki, hadisə Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb. Belə ki, Əliyev Cavid Vaqif oğlunun idarə etdiyi "Opel Astra” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sərnişin İmanov Nahid Kamil oğlu hadisə yerində ölüb.

Mənbə: Qafqazinfo


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR