Necə qərar verəcəyi maraqla gözlənirdi -

PSJ-nin hücumçusu Lionel Messi “Barselona”ya qayıtmağa hazırdır.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalist Joan Fontes bildirib. Onun sözlərinə görə, hücumçu keçidə razılıq verib, lakin indi hər şey kataloniyalıların hazırladığı təklifdən asılıdır.

35 yaşlı argentinalı hücumçunun “Barselona”nın prezidenti Joan Laporta ilə danışdığı deyilir. O, komandanı tərk edərək PSJ-yə getməyə vadar edən hallara görə futbolçudan üzr istəyib.

Futbolçunun həyat yoldaşı və uşaqlarının da “Barselona”ya qayıtmaq istədiyi bildirilir.

Messinin PSJ ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Eyni zamanda, daha əvvəl parislilərin futbolçunu saxlamaq istədiyi bildirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR