Kriştiano Ronaldonun cərimə zərbəsindən vurduğu möhtəşəm qol -

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında növbəti qola imza atıb.

Metbuat.az xəbər verir ki, “Əl-Nəsr”in formasını geyinən portuqaliyalı ulduz “Abha”ya qarşı matçda fərqlənib. O, 79-cu dəqiqədə cərimə zərbəsindən möhtəşəm qol vurub.

Görüş “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Əl-Nəsr” 49 xalla ikincidir. Komanda lider “Əl-İttihad”dan 1 xal geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR