İti maşının arxasına bağlayıb sürüyən şəxs məsuliyyətə cəlb edildi -

Sosial şəbəkələrdə yayılan görüntüdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.


12:11

Azərbaycanda heyvana qarşı qeyr-insani davranış qeydə alınıb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, göndərilən video Gəncə-Şəmkir yolunda çəkilib.

Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR