Bir müddətdir küsülü olan aparıcı İlkin Həsəni və influenser həyat yoldaşı Aysel Həsəni barışıb.
Metbuat.az xəbər verir ki, onlar bir müddət idi ki, bir-birini instaqramda izləmədən çıxararaq birgə fotolarını da silmişdilər.
Cütlük bir-birini yenidən izləməyə alıblar. Aysel İlkinlə əl-ələ tutduğu fotosunu sosial mediada paylaşıb.
Qeyd edək ki, cütlük 2017-ci ildə evlənib, onların Alisa adlı qızı var.