İsrailə uçuşlar ləğv edildi

Bir sıra ölkələrin aviaşirkətləri İsrailə reysləri ləğv edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İsraildəki etirazlarla əlaqədar ölkənin əsas hava limanı sayılan Ben Qurion aeroportunun işi dayanıb.

İsrailə uçuşlarının bir hissəsini ləğv edən aviaşirkətlər arasında məşhur “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” də var.

Xatırladaq ki, İsraildə məhkəmə islahatlarına qarşı etiraz aksiyaları keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR