Telefondan VAR kimi istifadə edən

Misirin futbol üzrə 2-ci liqasında hakim qalmaqalı ilə bağlı qərar verilib.

Metbuat.az xəbər verir ki, azarkeşin mobil telefonundan VAR kimi istifadə edən Mohamed Farouk hakimlikdən uzaqlaşdırılıb.

Qeyd edək ki, “Suez sc” ilə “Al-Nasr” arasında keçirilən oyunun 90-cı dəqiqəsində hesab 2-1 meydan sahiblərinin xeyrinə olarkən, qonaqlar qol vurub. Hakim əvvəlcə qolu qeydə alsa da, sonra epizodun təkrarını telefonda izləyəndən sonra əllə oyuna görə qolu ləğv edib. Oyun 3-1 meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Misirin futbol üzrə 2-ci liqasında VAR-dan istifadə edilmir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR