Azərbaycanın qadın millisi də böyük hesabla məğlub oldu -

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Metbuat.az xəbər verir ki, yığmamız Bosniya və Herseqovinada keçirilən matçda Monteneqro kollektivi ilə qarşılaşıb.

Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.

Beləliklə, ikinci qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni üçüncü pillədə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR