Tayvan məsələsinə görə münasibətləri getdikcə gərginləşən ABŞ və Çin arasında yeni gərginlik yaranıb.
Metbuat.az xəbər verir ki, Tayvanın xarici ölkələrlə müstəqil diplomatik münasibətlər qurmasından narahat olan Çin hökuməti Tayvan liderinin ABŞ-a səfərinə sərt reaksiya verib. Çin xəbərdarlıq edib ki, suverenlik mübahisəsi olan Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfəri münasibətlərdə ciddi qarşıdurmalara səbəb ola bilər.
Qeyd edək ki, Tayvan lideri Tsay Mərkəzi Amerika ölkələrinə səfəri zamanı əvvəlcə ABŞ-ın Nyu-York şəhərin gedib. O geri qayıdarkən Los-Anceles şəhərində də tədbirlərdə iştirak edib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Tayvan lideri Tsay İnq-venin ölkəyə qeyri-rəsmi səfəri ilə bağlı deyib ki, bu, sadəcə olaraq “tranzit səfər”dir və Çinin həddindən artıq reaksiya göstərməsinə ehtiyac yoxdur.