"Laçın dəhlizi adi magistral yol funksiyasına malik olacaq" -

"Azərbaycan Ermənistanın Qarabağda erməni icması ilə bütün hərbi logistik əlaqələrinə son qoyur".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Məhəmməd Əsədullazadə edib. Ekspert hesab edir ki, bu təhlükəsizliyin təmini və Ermənistanla sülh müqaviləsinin bağlanması yolunda əngəlləri aradan qaldırır.

"Növbəti dəfə Ermənistanla sərhəddə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulacaq. Bununla da Laçın dəhlizinin statusu ləğv edilir və adi magistral yol funksiyasına malik olacaq".

M.Əsədullazadə vurğuladı ki, Azərbaycanın nəzarəti bərpa etməsi Rusiyanın maraqlarına xidmət etmir.

"Rusiya çalışır ki, Ermənistanla sərhəddə KTMT qüvvələrini yerləşdirsin. Qarabağ iqtisadi rayonunda yaşayan erməni icması silahdan imtina etməli və Azərbaycan idarəçiliyini qəbul etmək məcburiyyətində qalacaq"- deyə ekspert qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR