"Barselona" geri qayıtmaq istəyən Messi qarşısında gözlənilməz tələb irəli sürdü

“Barselona” klubu Lionel Messinin kluba qayıtması üçün futbolçu qarşısında şərt qoyub.

Metbuat.az xəbər verir ki, “Barselona” rəhbərliyi Messidən tələb edib ki, kluba qayıdacağı təqdirdə heyətdəki yeni liderlərə hörmətlə yanaşmalıdır. Həmçinin Messi aşağı məvacibə razı olmalı, klubun heyətinin məhdud olmasına etiraz etməməlidir.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonunda başa çatır. Messinin ilk seçiminin “Barselona”ya qayıtmaq olduğu irəli sürülür. ABŞ və Səudiyyə Ərəbistanından da Messiyə təkliflər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR