"İranın əlaltılarına xəbərdarlıq edirik, özlərini yığışdırsınlar" -

"İranın nə əqidəsi, nə inancı, nə də inamı var".

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, İranla sərhəddə İrana qarşı da vuruşa bilərik: "İran dövləti Naxçıvan ərazisinə yaxın yerlərə qoşun yığıb, orada döyüşməyə də hazırıq. Bir əsgər, siyasətçi, dövlət nümayəndəsi kimi Prezidentin ətrafındayıq. Qoy bilsinlər, qulaqlarını açıb eşitsinlər ki, Azərbaycan 90-cı ilin Azərbaycanı deyil. Bu gün Azərbaycan güclü dövlətdir, güclü rəhbəri və komandası var. İranın əlaltılarına da, başqa dövlətin əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar. Bizim də kifayət qədər gücümüz və qüvvəmiz var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR