Donald Trampın həbs qərarı ləğv edildi -

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın qiyabi həbs qərarı ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Tramp ittiham olunduğu məhkəmə binasını tərk edib.

Qeyd edək ki, bir neçə saat öncə Trampın qiyabi həbs olunması ilə bağlı qərar verilmişdi.


21:44

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub.

Metbuat.az xəbər verir ki, onun həbsi müvəqqəti və formal xarakter daşıyır.

Belə ki, həbs siyasətçiyə qarşı ittiham irəli sürülənədək davam edəcək. Təxminən yarım saat ərzində Trampın məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Xatırladaq ki, Tramp pornoaktrisa Stormi Danielsə aralarındakı münasibəti gizlətməsi üçün pul verməkdə ittiham olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR